Yuxarı

Azərbaycan Prezidenti indoneziyalı həmkarına təyyarə qəzası ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev AirAsia aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Coko Vidodoya başsağlığı verib

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "AirAsia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı verib. "Report"un məlumatına görə, başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident, “AirAsia” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi