Yuxarı

​ABŞ Dövlət katibinin müavini Azərbaycana səfərə gəlib

Viktoriya Nuland Bakıda bir sıra mühüm məsələləri müzakirə edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, V.Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Setuka qarşılayıb.

Diplomat Bakıda ticarət və investisiya, enerji mənbələrinin diversifikasiyası, təhlükəsizlik və terrorizmlə mübarizə, demokratiya və mülki cəmiyyət sahələrində ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı fəaliyyət üçün, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin ədalətli və davamlı irəliləməsi üçün yüksək vəzifəli hökumət məmurları ilə görüşəcək.

Səfər çərçivəsində həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

V.Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi