Parisdə fransalı fotoqrafın “Qarabağ: sülh dövründə” fotosərgisinin açılışı olub

Parisdə fransalı fotoqrafın “Qarabağ: sülh dövründə” fotosərgisinin açılışı olub Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransalı fotoqraf Qreqori Herpenin “Qarabağ: sülh dövründə” adlı fotosərgisinin açılışı olub.
Sərgilər
21 Oktyabr , 2021 13:54
Parisdə fransalı fotoqrafın “Qarabağ: sülh dövründə” fotosərgisinin açılışı olub

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransalı fotoqraf Qreqori Herpenin “Qarabağ: sülh dövründə” adlı fotosərgisinin açılışı olub.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı Dostları Assosiasiyası (ADA) və Paris Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Sərgiyə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev, Fransa Senatının üzvü, senator Alən Uper, Fransa Milli Assambleyasının üzvü, deputat, ADA-nın prezidenti Jerom Lamber, ADA-nın baş katibi Mirvari Fətəliyeva, fransalı iş adamları, jurnalistlər və digər şəxslər qatılıblar.

R.Mustafayev çıxışında münaqişədən sonrakı dövrdə regionda təhlükəsizliyin təmin olunması üçün sülhün bərpa olunmasının vacibliyinə toxunub, yenidənqurma işlərinin, ərazilərin minalardan təmizlənməsinin prioritet məsələlər olduğunu bildirib. Səfir Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu fransalı qonaqların diqqətinə çatdırıb. O, ADA-nın iki ölkə arasında dostluq münasibətlərinin inkişafında fəaliyyətinin çox mühim olduğunu vurğulayib.

J.Lamber Azərbaycanın münaqişədən sonrakı yeni mərhələyə qədəm qoyduğunu, bundan sonra Fransa ilə Azərbaycan arasındakı yeni əlaqələrin qurulması, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlərin açıldığını söyləyib. O, təşkilatın gələcək layihələrinin məhz bu istiqamətə yönəldilməsinin vacib olduğunu vurğulayıb.

Q.Herpe Vətən müharibəsindən sonra Qarabağda olduğu zamanı çəkdiyi fotolardan, gördüklərindən danışıb. Fotoqraf ərazinin ermənilər tərəfindən minalanması səbəbindən peşəsini azad şəkildə həyata keçirə bilmədiyini deyib, insan ölümünə səbəb olan minaların təmizlənməsinin bu günün ən vacib məsələlərindən olduğunu bildirib.

Qeyd edək ki, fotolarda Birinci Qarabağ müharibəsi nəticəsində baş verən dağıntılar, qəm-qüssə, kədər və münaqişədən sonrakı dövrdə əsası qoyulan yenidənqurma işləri, ümid və azadlıq hissləri öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi