Metroda Qarabağın, Şərqi Zəngəzurun təbliği məqsədilə səyyar sərgilər açılacaq

Metroda Qarabağın, Şərqi Zəngəzurun təbliği məqsədilə səyyar sərgilər açılacaq "Metropolitenin müxtəlif stansiyalarında vahid rayonlar üzrə sərgilər yaradılacaq".
Sərgilər
24 Sentyabr , 2021 10:43
Metroda Qarabağın, Şərqi Zəngəzurun təbliği məqsədilə səyyar sərgilər açılacaq
Bəxtiyar Məmmədov

"Metropolitenin müxtəlif stansiyalarında vahid rayonlar üzrə sərgilər yaradılacaq".

Bunu "Report"a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sərgi 6 ay ərzində davamlı olaraq müxtəlif stansiyalarda keçiriləcək: "Sərginin geniş kütləyə yayılması, Qarabağın, Şərqi Zəngəzurun təbliği məqsədilə səyyar sərgilərimiz də nəzərdə tutulub. Artıq layihə də planlaşdırılıb. Bununla bağlı müxtəlif qurumlarla iş aparılır. Bugünkü sərgimiz Qarabağın yaxın və uzaq tarixinə həsr olunub. Növbəti sərgilərimiz erməni vandalizminin nəticələrinə həsr olunacaq. Həmçinin Zəfər günü ilə bağlı də tədbirlərin təşkili nəzərdə tutulur. Bu barədə yaxın zamanda ictimaiyyətə geniş məlumatlar veriləcək".

Son xəbərlər

Orphus sistemi