I Naxçıvan Kitab Sərgisi keçirilib

I Naxçıvan Kitab Sərgisi keçirilib Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, ”Naxçıvan” Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.
Sərgilər
13 May , 2023 19:15
I Naxçıvan Kitab Sərgisi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, ”Naxçıvan” Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin adını daşıyan muzeylə tanış olublar.

“Naxçıvan” Universitetində baş tutan sərgidə Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Naxçıvan” Universitetinin rektoru Anar Kazımov tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, bu cür kitab sərgilərinin təşkili yazıçı, şair və oxucular arasında əlaqələri möhkəmləndirməklə bərabər, gənclərdə kitaba olan marağı daha da artırır. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə təşkil olunan kitab sərgisində tanınmış yazıçı və şairlərin iştirakı oxucuların dünyagörüşünə də müsbət təsir göstərir.

Tədbirdə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi İdarə heyətinin sədri, dosent Şəmil Sadiq bildirib ki, sərgidə yerli və müxtəlif bölgələrdən olan müəlliflərin kitablarının sərgi-satışı təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev muxtar respublikada yazıçı və şairlər üçün yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.

Tanınmış ədiblərin iştirak etdiyi kitab sərgisində minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.

Sərgi 13-14 may tarixlərində “Naxçıvan” Universitetində hər gün 10:00-dan 20:00-a qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi