Bakıda xeyriyyə məqsədilə intellektual oyun keçiriləcək

Bakıda xeyriyyə məqsədilə intellektual oyun keçiriləcək Bakıda “Bizimkilər festivalı” adlı Yeni il yarmarkası çərçivəsində xeyriyyə məqsədilə “Şəkərbura Şou” intellektual oyunu keçiriləcək.
Sərgilər
14 dekabr 2022 07:03
Bakıda xeyriyyə məqsədilə intellektual oyun keçiriləcək

Bakıda “Bizimkilər festivalı” adlı Yeni il yarmarkası çərçivəsində xeyriyyə məqsədilə “Şəkərbura Şou” intellektual oyunu keçiriləcək.

"Report" xəbər verir ki, tədbir dekabrın 16-da saat 19:30-da, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən “Passage 1901”də təşkil olunacaq.

Oyundan əldə olunan bütün vəsait Azərbaycanda şəhid övladlarına, eləcə də Rusiya-Ukrayna müharibəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara yardım məqsədilə istifadə ediləcək.

Oyunda Azərbaycanın və Ukraynanın tarixi, mədəniyyəti, coğrafiyası və idmanı ilə bağlı suallar oynanılacaq.

Son xəbərlər

Orphus sistemi