Bakıda Hindistan məhsullarının sərgisi açılacaq

Bakıda Hindistan məhsullarının sərgisi açılacaq Bakı. 2 mart. REPORT.AZ/ Bakı İdman Sarayında “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək.
Sərgilər
2 Mart , 2019 10:29
Bakıda Hindistan məhsullarının sərgisi açılacaq

Bakı. 2 mart. REPORT.AZ/ Bakı İdman Sarayında “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək. 

Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.

Tədbir martın 7-də başlayacaq və 17-dək davam edəcək. 

Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə baş tutacaq Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbirində elektrik- elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr- sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil- geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər göstərən 75 Hindistan şirkəti iştirak edəcək.

Sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq.

Sərgiyə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi