Bakıda "Dünya vəkil cübbələri və atributları" sərgisi keçirilir

Bakıda "Dünya vəkil cübbələri və atributları" sərgisi keçirilir Bu gün Milli Muzey Mərkəzində "Dünya vəkil cübbələri və atributları" adlı sərginin açılış mərasimi keçirilib.
Sərgilər
168
17 Dekabr , 2021 16:22
Bakıda Dünya vəkil cübbələri və atributları sərgisi keçirilir

Bu gün Milli Muzey Mərkəzində "Dünya vəkil cübbələri və atributları" adlı sərginin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Ombudsman Səbinə Əliyeva, tanınmış vəkil və hüquqşunaslar iştirak ediblər.

Sərgidə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun şəxsi kolleksiyası olan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunub.

Bundan başqa, Bakı şəhər Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları yer alıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, sərgidə dünyanın 65 ölkəsindən gətirilən vəkil mantiyaları nümayiş olunub: "Gələcəkdə vəkil mantiyalarının sayı 100-dən çox ölkəni əhatə edəcək. Vəkillər Kollegiyasının dəstəyi ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda dünya vəkillik tarixinin simvolu olan “Dünya Vəkil Cübbələri və Atributları Muzeyi” yaradılacaq. Yaradılacaq Muzeydə müxtəlif ölkələrin Hakim cübbələri də yer alacaq".

Ombudsman Səbinə Əliyeva deyib ki, Ombudsman Aparatı ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq əlaqələri hər gün genişlənir: "Bu əməkdaşlıq vətəndaşların hüquqlarının müdafiəsində səmərəliliyin artırılmasına yönəlib. Vəkillik instutunun inkişafı sayəsində ölkədə mütəmadi tədbirlər keçirilir. Əlbəttə ki, qadın vəkillərimizin, hakim təyin edilən qadınların sayının artması sevindirici haldır".

Son xəbərlər

Orphus sistemi