Bakıda “Akabe-Kütahya” satış-sərgi salonu açılıb - FOTO

Bakıda “Akabe-Kütahya” satış-sərgi salonu açılıb - FOTO 2000-ci ildən Azərbaycan inşaat sektoruna daxil olaraq uğurla addımlayan Akabe MMC-nin çeşid sayı və konsepsiyasına görə, həqiqətən, möhtəşəm sayıla biləcək yeni AKABE-KÜTAHYA satış-sərgi salonunun açılışı baş tutub.
Sərgilər
175
3 May , 2019 20:34
Bakıda “Akabe-Kütahya” satış-sərgi salonu açılıb - FOTO

2000-ci ildən Azərbaycan inşaat sektoruna daxil olaraq uğurla addımlayan "Akabe" MMC-nin çeşid sayı və konsepsiyasına görə, həqiqətən, möhtəşəm sayıla biləcək yeni AKABE-KÜTAHYA satış-sərgi salonunun açılışı baş tutub.

Açılış mərasimində Azərbaycanın tanınmış ziyalıları, incəsənət və şou-biznes aləminin məşhurları, memarlar, dizaynerlər, iş adamları iştirak edib. Yeni sərgi-satış salonunun açılışında Güral ailəsinin üzvləri , Kütahya şirkətin yaradıcısı olan Nafi Gural və xanımı, “Kütahya Seramik”in rəhbəri Erkan Gural, “Kütahya Porselen”in rəhbəri Sema Güral şəxsən iştirak ediblər.

Tədbiri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıb.

19 illik fəayiyyəti ərzində inşaat sektorunda bir çox yeniliklərə imza atmış AKABE bu dəfə də yeni məkanda dünyaca məşhur Türk markası olan Kütahya şirkəti ilə bir araya gələrək müştərilərinə “Kütahya Seramik” və “Kütahya Porselen”in orijinal sertifikatlı məhsullarını geniş çeşiddə və unikal dizaynda təqdim edir.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulmuş "Kütahya Seramik" keramikanın vətəni sayılan Çin dövlətinə məhsullarını ixrac edən ilk və tək türk markası olub 70-dən çox ölkəyə məhsullarını ixrac edir. “Türkiyə istehsalı” loqosunu fəxrlə daşıyan Kütahya Seramik 120x120 sm. və 110x240 sm. ölçülərində analoqsuz keramik qranit istehsalı ilə türk keramika sektorunda bir fərqlilik yaradıb.

Bununla yanaşı, yeni mağazada dünyaca məşhur markaların məhsullarını da görmək olar. Bunlar sırasında Laufen, Hansgrohe, Armadi Art, Visto Doro, Duravit və s. yer alır.

"Akabe" MMC tərəfindən zövq oxşayan məhsullarla yanaşı, müştərilərə ödənişsiz dizayn xidməti də təklif edilir.

Bugünədək müştərilərinə inşaat sektorunun bütün yeniliklərini təqdim etməkdən qürur duyan "Akabe" MMC yeni açılan məkanda "Kütahya"nın Türkiyədə "Milli Porselen Markası" mükafatına layiq görülmüş və dünyanın bir çox ölkələrində fərqli dizayn, forma və keyfiyyətinə görə seçilən porselen qab-qacaqlarını da təqdim edir.

Son xəbərlər

Orphus sistemi