Azərbaycan Küveytdə keçirilən “Global Village” adlı sərgidə təmsil olunub

Azərbaycan Küveytdə keçirilən “Global Village” adlı sərgidə təmsil olunub Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 25-də Küveytin ən nüfuzlu ali məktəblərindən biri olan Küveyt Universitetində sözügedən təhsil müəssisəsinin Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi keçirilib.
Sərgilər
29 Aprel , 2018 13:12
Azərbaycan Küveytdə keçirilən “Global Village” adlı sərgidə təmsil olunub

Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 25-də Küveytin ən nüfuzlu ali məktəblərindən biri olan Küveyt Universitetində sözügedən təhsil müəssisəsinin Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi keçirilib.

“Report” xəbər verir ki, 10-dan çox səfirliyin iştirak etdiyi bu sərgiyə Azərbaycanın sözügedən ölkədəki diplomatik nümayəndəliyi də qatılıb.

Sərgidə iştirak edən səfirliklərə ölkələri haqqında materialların (kitab, buklet, broşür, bədii və sənədli filmlər, aksesuarlar, suvenirlər, milli geyimlər, milli mətbəxin yeməkləri və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılıb.

Ölkəmiz üçün ayrılmış masa və stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Cümhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Respublikanın, mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə suvenir, milli geyimlər, Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, barədə sənədli film, həmçinin “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” nümayiş etdirilib.

Bundan əlavə sərgidə Universitet tələbələrinə və qonaqlara, səfirliyin əməkdaşları və “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən kitab, broşür və s. materiallar paylanılıb, eyni zamanda milli mətbəximizin yeməkləri təqdim edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Həmçinin sərgi zamanı Küveyt Universitetinin kitabxanasına yerləşdirilməsi üçün Universitetin sosial elmlər fakültəsinin əməkdaşlarına ölkəmiz haqqında kitablar təqdim olunub.

Universitetin Sosial Elmlər Fakültəsinin dekanı Hamud Əl-Qaşan iştirakçı səfirliklərin masa və stendləri ilə tanış olmuş və əməkdaşlarına təşəkkür məktubu və xatirə hədiyyələrini təqdim edib.

Son xəbərlər

Orphus sistemi