“Volvo" elektrikli motor istehsalına 83 milyon dollar investisiya yatıracaq

“Volvo" elektrikli motor istehsalına 83 milyon dollar investisiya yatıracaq Çinin “Geely Holdinq”nə məxsus “Volvo Cars” avtomobil şirkəti elektrikli motor istehsalına 700 milyon kron (83 milyon dollar) investisiya yatıracaq.
Sənaye
211
9 Dekabr , 2020 14:57
“Volvo elektrikli motor istehsalına 83 milyon dollar investisiya yatıracaq

Çinin “Geely Holdinq”nə məxsus “Volvo Cars” şirkəti elektrikli mühərrik istehsalına 700 milyon kron (təxminən 83 milyon ABŞ dolları) investisiya yatıracaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət İsveçin Skovde şəhərindəki aqreqat zavodunda elektrik mühərriklərin yığımına başlamağı planlaşdırır.

Bu iş “Volvo Cars”ın törəməsi - "Powertrain Engineering Sweden"ə (PES) həvalə ediləcək.

“Volvo”nın digər planına görə isə, 2025-ci ilə qədər qlobal satışlarının yarısı tamamilə elektrikli avtomobillərdən, yarısı isə hibrid avtomobillərdən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi