"UAZ" zavodu Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır

"UAZ" zavodu Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır Bu il bununla bağlı sazişin imzalanması planlaşdırılır
Sənaye
4 Mart , 2017 04:35
UAZ zavodu Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır

Bakı. 4 mart. REPORT.AZ/ Ulyanovsk Avtomobil Zavodu ("UAZ") il ərzində xarici avtomobil bazarlarına 20 min avtomobil ixrac etməyi planlaşdırır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə zavoddan məlumat verilib.

Məlumata görə, "UAZ" zavodu yaxın iki ildə Latın Amerikasında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada əsas bazarları üçün rəsmi nümayəndəlik açacaq.

"UAZ" zavodunun İxrac Departamentinin rəhbəri Andrey Doroveevin sözlərinə görə, şirkətin əsas hədəfi MDB, yaxın xarici ölkələrin bazarlarında satış həcminin bərpası, həm də yeni, uzaq bazarlara çıxmaqdan ibarətdir.

Müəssisə eləcə də yeni maliyyə alətlərindən istifadə etməyi, dövlətlərarası kreditləşmə proqramı hazırlayaraq çoxlu müştərini və xarici distrübutorların pul təchizatını, yeni tərəfdaşları etməyi planlaşdırır.

Xatırladaq ki, zavod 2016-cı il qışın əvvəlində Belarusun İnkişaf Bankı, "BelVEB" bankı, Xarici İnkişaf Bankı ilə əməkdaşlıq haqqında saziş bağlayıb. Zavod 2017-ci il ərzində Azərbaycan, Qazaxıstan və Qırğızıstanla da bu cür sazişin bağlanmasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi