Türkiyədə qızıl istehsalı rekord həddə çatıb

Türkiyədə qızıl istehsalı rekord həddə çatıb 2019-cu ildə Türkiyədə 38 ton qızıl istehsal edilib ki, bu da ölkənin müstəqillik tarixində rekord həddir.
Sənaye
27 Yanvar , 2020 16:32
Türkiyədə qızıl istehsalı rekord həddə çatıb

2019-cu ildə Türkiyədə 38 ton qızıl istehsal edilib ki, bu da ölkənin müstəqillik tarixində rekord həddir. 

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Qızıl Mədənçilər Dərnəyinin prezidenti Həsən Yücel məlumat verib.

“Qızıl hasilatını bu il 45 tona, önümüzdəki 5 il ərzində 60 tona, 15 il ərzində isə 160 tona çatdırmağı planlaşdırırıq", - o qeyd edib. 

Xatırladaq ki, son 20 ildə Türkiyə hər il orta hesabla 130-140 ton qızıl idxal edib. 

Son xəbərlər

Orphus sistemi