“Tesla” çip və konteyner çatışmazlığından əziyyət çəkir

“Tesla” çip və konteyner çatışmazlığından əziyyət çəkir Avtomobil sənayesi üçün lazım olan elektron komponent (çip) böhranı, eləcə də logistika sahəsindəki çətinliklər ABŞ-ın elektromobil istehsalçısı - "Tesla" şirkətinin böyüməsinə maneə olur.
Sənaye
9 Oktyabr , 2021 17:47
“Tesla” çip və konteyner çatışmazlığından əziyyət çəkir

Avtomobil sənayesi üçün lazım olan elektron komponent (çip) böhranı, eləcə də logistika sahəsindəki çətinliklər ABŞ-ın elektromobil istehsalçısı - "Tesla" şirkətinin böyüməsinə maneə olur.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Elon Mask bildirib.

"Yaxşı bir il keçirdik. Satışda rekordlar qırdıq. III rübdə 241 min, IV rübdə isə 201 ədəd avtomobil təhvil verdik. Bunu davam etdirmək üçün maneələr, əsasən isə çip böhranı aradan qaldırılmalıdır. Son rübdə qarşılaşdığımız digər maneə isə kifayət qədər gəmi ala bilməməyimiz, konteyner çatışmazlığı oldu", - deyə o, qeyd edib.

Bundan əlavə şirkətin rəhbəri “Tesla”nın ABŞ-ın Silikon Vadisindəki qərargahını Oustinə köçürəcəklərini açıqlayıb. E.Musk bu qərarın Teslanın Kaliforniyanı tərk etməsini ifadə etmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi