"Təmiz Şəhər" tender elan edib

"Təmiz Şəhər" tender elan edib Müsabiqə işçilər üçün xüsusi mühafizə vasitələrinin alınmasını nəzərdə tutur
Sənaye
2 Mart , 2016 18:54
Təmiz Şəhər tender elan edib

Bakı. 2 mart. REPORT.AZ/ "Təmiz Şəhər" ASC öz təsərrüfat sahələrində çalışan işçiləri üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi məqsədilə xüsusi mühafizə vasitələrinin alınması üçün tender keçirir.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, tender 1 lot üzrə keçirilir. Tender iştirkaçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar zəruri sənədləri aprelin 4-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə aprelin 12-dək "Təmiz Şəhər" ASC-nin Bakı şəhəri, Xocalı prospekti, 55 ünvanında yerləşən ofisinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi