“Təmiz Şəhər” Şuşada emal müəssisəsi yarada bilər

“Təmiz Şəhər” Şuşada emal müəssisəsi yarada bilər İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC Şuşada tullantıların emalı üçün müəssisə yaradılması imkanlarını nəzərdən keçirə bilər.
Sənaye
112
28 Oktyabr , 2021 11:32
“Təmiz Şəhər” Şuşada emal müəssisəsi yarada bilər

İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC Şuşada tullantıların emalı üçün müəssisə yaradılması imkanlarını nəzərdən keçirə bilər.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

“Hazırda Şuşada toplanılan tullantılar müvəqqəti olaraq Daşaltı kəndinin yaxınlığına aparılır. Amma orada poliqon tikmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq. Şuşanın ətrafı meşəlikdir. Poliqon üçün isə düzənlik sahə tapmaq lazımdır. Müəyyən yer ayırıldıqdan sonra, işimizi quraracağıq. Alternativ olaraq əraziyə özümüz də baxırıq. Orada hər hansı emal müəssisənin yaradılmasını nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq, tullantıları emal edək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi