Sumqayıtda sənaye istehsalı 16 % artıb

Sumqayıtda sənaye istehsalı 16 % artıb Hesabat dövründə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın məbləği isə 1,5 milyard manat təşkil edib
Sənaye
17 Fevral , 2021 14:13
Sumqayıtda sənaye istehsalı 16 % artıb

Azərbaycanda uğurla həyata keçirlən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi - “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt üzrə nəzərdə tutulan tədbirlər hesabına 2020-ci ildə şəhərdə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu ilə nisbətən 14 % və yaxud 325 milyon manat artaraq 2,723 milyard manata çatıb.

Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, ötən il sənaye müəssisələrində 2 milyard 250 milyon manatlıq məhsul istehsal edilib ki, bu da illik müqayisədə 16% çoxdur.

Hesabat dövründə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın məbləği isə 1,5 milyard manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi