“Sumqayıt Texnologiyalar Parkı” 3 yeni şirkət yaradıb

“Sumqayıt Texnologiyalar Parkı” 3 yeni şirkət yaradıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium”, “STP Global Cable” və "STP Metal Structures" MMC-ləri dövlət qeydiyyatına alıb
Sənaye
1037
5 Noyabr , 2020 11:50
“Sumqayıt Texnologiyalar Parkı” 3 yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium”, “STP Global Cable” və "STP Metal Structures" MMC-ləri dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, hər 3 şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

Onların hər 3-nün nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Surxay oğlu Atakişiyev (STP-nin direktoru), İdris Ağa oğlu Mustafayev və Fərid Fəxrəddin oğlu Ağayevdir.

Son xəbərlər

Orphus sistemi