Yuxarı
    Bağlamaq

    “Sumqayıt Polimer” mənfəət və zərər hesabatlarını müzakirə edəcək

    Bu məsələ şirkətin səhmdarlarının toplantısının gündəliyinə daxil edilib

    Bakı. 13 may. REPORT.AZ/ “Sumqayıt Polimer” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

    "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, səhmdarların növbəti ümumi yığıncağı iyunun 29-da saat 11:00-da olacaq.

    Yığıncağın gündəliyində cəmiyyətin mühasibat balansı, mənfəət və zərər hesabatlarının təsdiqi, habelə digər məsələlər yer alacaq.

    Ümumi yığıncağın gündəliyi üzrə materialları əldə etmək üçün həmçinin yığıncağın gündəliyindəki məsələlərlə bağlı təkliflərlə hər həftənin I və III günləri saat 13:00-dək müraciət etmək olar. Sənədləri Sumqayıt şəhəri, Kimyaçılar küçəsi,12 ünvanından əldə etmək mümkündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi