​Sumqayıt Kimya Sənaye Parkında yeraltı infrastruktur şəbəkəsinin tikintisi yekunlaşıb

​Sumqayıt Kimya Sənaye Parkında yeraltı infrastruktur şəbəkəsinin tikintisi yekunlaşıb Kimya Sənaye Parkında kommunikasiya xətləri eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalereyalar vasitəsi ilə çəkilir
Sənaye
19 Mart , 2015 15:13
​Sumqayıt Kimya Sənaye Parkında yeraltı infrastruktur şəbəkəsinin tikintisi yekunlaşıb

Bakı. 19 mart. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatdırılıb. 

"Report" xəbər verir ki, parkboyu ümumi uzunluğu 13,5 km yağış suyu, 10,8 km içməli su, 8 km texniki su, 20,6 km yanğına qarşı su, 11,7 km məişət tullantı suları, 9,3 km kimyəvi tullantı suları xətləri çəkilib.

Sənaye Parkının Baş Planına əsasən, 2013-cü ildən başlayaraq ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, sosial və digər infrastruktur obyektlərinin) yaradılması işlərinə başlanıb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında da kommunikasiya xətləri qalereyalar vasitəsilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalerayaların ümumi uzunluğu 10,3 km təşkil edir. Artıq yeraltı texniki qalereyanın daxilində elektrik və su xətlərinin çəkilişinə başlanılıb və işlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Məlum olduğu kimi, hər bir sənaye layihəsi üzrə investisiya qoyuluşunun böyük hissəsi (təxminən 35-40%-i) infrastruktur şəbəkəsinin yaradılmasına sərf olunur. Sumqayıt Kimya Sənaye Parkında isə texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq "birbaşa qoşulma" ("plug&play") sistemi əsasında təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi