Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzinin tikintisi başa çatıb

Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzinin tikintisi başa çatıb Mərkəzdə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur
Sənaye
8 Sentyabr , 2016 18:01
Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzinin tikintisi başa çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzinin inşası artıq başa çatıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, Mərkəzdə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Ümumi sahəsi 10 660 kv.metr təşkil edən Peşə Tədris Mərkəzində 500 nəfərin təhsil alacaq. Burada auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq. Eyni zamanda Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. 

Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək.

Bununla yanaşı, Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılacaq.

Son xəbərlər

Orphus sistemi