Sumqayıt Kimya Sənaye Parkına 3 milyard dollara yaxın investisiya qoyulub

Sumqayıt Kimya Sənaye Parkına 3 milyard dollara yaxın investisiya qoyulub Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir.
Sənaye
250
7 Aprel , 2020 12:50
Sumqayıt Kimya Sənaye Parkına 3 milyard dollara yaxın investisiya qoyulub

"Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir".

"Report" xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib.

"Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi