“Sumqayıt Kimya Sənaye Parkı” tender keçirir

“Sumqayıt Kimya Sənaye Parkı” tender keçirir Müsabiqə Mingəçevirdə köhnə bina və qurğuların söküntüsü, sahənin hamarlanmasını nəzərdə tutur
Sənaye
30 Sentyabr , 2016 11:14
“Sumqayıt Kimya Sənaye Parkı” tender keçirir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC Mingəçevir Sənaye Parkının şəhərin H.Əliyev prospektində yerləşən 14,8 hektar torpaq sahəsində köhnə bina və qurğuların söküntüsü, hamarlanması işlərinin satın alınması üçün təkliflər sorğusu keçirir.

“Report” xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Prosedurda iştirak etmək istəyənlər iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı”nın Bakı şəhəri, Xocalı prospekti,37 ünvanındakı “Demirchi Tower”də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

İddiaçılar prosedurda iştirak etmək üçün sənədləri oktyabrın 14-ü saat 18:00-dək MMC-nin ofisinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri oktyabrın 17-si saat 17:00-da qurumun iclas zalında açılacaq.

Son xəbərlər

Orphus sistemi