Yuxarı
    Bağlamaq

    Sumqayıt Kimya Sənaye Parkı əmlakın mühafizəsi üçün tender keçirir

    İddiaçılar tələb olunan sənədləri yanvarın 16-dək təqdim etməlidirlər

    Bakı. 9 dekabr. REPORT.AZ/ "Sumqayıt Kimya Sənaye Parkı" MMC 167,66 və 127,96 hektar ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması məqsədilə tender keçirir.

    “Report”un verdiyi xəbərə əsasən, tenderdə iştirak etmək istəyənlər lot üçün 300 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

    İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) yanvarın 16-sı saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə yanvarın 24-ü saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı”nın (Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower”) ofisinə təqdim etməlidirlər.

    İddiaçıların təklifləri yanvarın 25-i saat 12:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi