Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti kimya muəsissələrində olub

Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti kimya muəsissələrində olub Sumqayıt Kimya sənaye Parkında “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu və “Karbamid” zavodu ilə tanış olublar
Sənaye
30 may 2017 14:35
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti kimya muəsissələrində olub

Bakı. 30 may. REPORT.AZ/ Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun rəhbərlik etdiyi 20 nəfərlik professor-müəllim heyəti kimya müəssisələrində olub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, onlar əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günə qədər həyata keçirilmiş yenidənqurma işləri və istifadəyə verilmiş yeni qurğularla, eləcə də Buxar-generator kompleksinin iş prinsipi ilə yaxından tanış olub, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyada kimyəvi analizlər aparıblar. Qonaqlara 2019-cu ilə qədər davam edəcək perspektiv layihələr haqqında məlumat verilib, həyata keçirilən yenidənqurma işləri nümayəndə heyəti üzvlərinə təqdim olunub.

“Azərikimya” İB-də ödənişli təcrübədə olan gənclərlə görüşən müəllimlərə məlumat verilib ki, müəssisədə 2 ay ərzində təcrübə keçən 31 nəfərdən 6-sı Sumqayıt Dövlət Universitetinin məzunudur. Onlara “Azərikimya” İstehsalat Birliyinin ölkənin aparıcı təhsil ocaqları ilə apardığı qarşılıqlı faydalı əməkdaşlığı haqqında məlumat verilib, bunların arasında Sumqayıt Dövlət Universitetinin ön sıralarda olması istəyi dilə gətirilib. 

Sonra qonaqlar Sumqayıt Kimya sənaye Parkında “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu və “Karbamid” zavodu ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi