Yuxarı

SOCAR Yaponiya hökuməti ilə danışıqlar aparır

Neft-qaz emalı və neft-kimya Kompleksinin tikintisi üzrə ilkin layihələndirmə işləri aparılır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda yeni Neft-qaz emalı və neft-kimya Kompleksinin tikintisi üzrə ilkin layihələndirmə işləri aparılır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, bu layihənin Yaponiya şirkətləri ilə birlikdə həyata keçirilməsi üçün Yaponiya hökuməti və bankları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, gələn ilin birinci yarısında danışıqlar başa çatdırlıb, nəticə əldə olunacaq.

R.Abdullayev layihənin yaxşı təklif verən şirkətlə birgə həyata keçiriləcəyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi