Yuxarı
    Bağlamaq

    "SOCAR Rus" "Sankt-Peterburq" birjasında yüksək sıxlıqlı polietilenin satışına başlayır

    SOCAR-ın Rusiyadakı törəmə şirkəti alıcının məhsulu özünün daşıması şərti ilə birjaya çıxır
    © Courtesy İmage

    Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı törəmə şirkəti olan "SOCAR Rus" "Sankt-Peterburq" birjasında yüksək sıxlıqlı polietilenin satışına başlayır.

    Bu barədə "Report" birjanın məlumatına istinadən xəbər verir.

    Məlumatda qeyd olunub ki, neft, neft-kimya məhsulları və mayeləşdirilmiş neft qazı (LPG) üzrə birja hərraclarının fəal iştirakçısı olan "SOCAR Rus" aprelin 7-dən etibarən "Azərkimya" İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək sıxlıqlı polietileni alıcının məhsulu "Noqinski anbar kompleksi" ASC-dən nəqliyyat vasitəsilə özünün daşıması şərti ilə "Sankt-Peterburq" birjasında satışa çıxaracaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi