"SOCAR Polymer" layihəsi qrafikə uyğun irəliləyir

"SOCAR Polymer" layihəsi qrafikə uyğun irəliləyir Zavodların istismarı dövründə 300 nəfər daimi işçi çalışacaq
Sənaye
14 Sentyabr , 2016 17:56
SOCAR Polymer layihəsi qrafikə uyğun irəliləyir

Bakı. 14 sentyabr. REPORT.AZ/ "SOCAR Polymer" MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının tikintisi qrafikə uyğun davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə bu gün təşkil olunan press-tur zamanı mühəndislik üzrə menecer Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, Polipropilen Zavodunun tikintisi tam sürətlə irəliləyir, bütün lazımi avadanlıqlar sifariş edilib: "Zavodun istismara verilməsi 2018-ci ilin I rübünə, Polietilen Zavodunun istismara verilməsi isə həmin ilin III rübünə planlaşdırılır. İldə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal olunacaq. Zavodlarda ən qabaqcıl texnologiyalardan istifadə olunacaq". 

"İstehsal olunan polimer məhsullarının təqribən 30%-i daxili bazara çıxarılacaq ki, bu da ölkə bazarında tələbatın tam təmin edilməsi deməkdir. İxrac üçün əsas hədəd bazarları isə Türkiyə, Qərbi Avropa və s. ölkələr hesab olunur. Zavodların istismarı dövründə 300 nəfər daimi işçi, tikinti-quraşdırma işlərində isə təxminən 1,5-2 min işçi çalışacaq. Əsas əmək resursları Azərbaycan vətəndaşlarıdır", - R.Quliyev deyib.

Son xəbərlər

Orphus sistemi