"SOCAR Polymer" layihəsi çərçivəsində 4 piroliz sobası tikiləcək

"SOCAR Polymer" layihəsi çərçivəsində 4 piroliz sobası tikiləcək Oktay Niftəliyev: "Son mərhələdə isə etilen və polietilen anbarlarının tikintisi planlaşdırılır"
Sənaye
13 Aprel , 2017 12:15
SOCAR Polymer layihəsi çərçivəsində 4 piroliz sobası tikiləcək

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sumqayıt Kimya Sənaye Parkı nəznində "SOCAR Polymer" layihəsi çərçivəsində yeni iki qurğunun tikintisini həyata keçirir. Bu, polipropilen və yüksək sıxlıqlı polietilen qurğularıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Etilen-polietilen Zavodunun direktoru Oktay Niftəliyev deyib.

O.Niftəliyevin sözlərinə görə, həmin qurğuların xammalla təchizatı Etilen-polietilen Zavodunun hesabına olacaq: "SOCAR Polymer" ilə "Azərikimya" İB arasında müqavilə imzalanıb və müqaviləyə görə, ildə 120 min ton etilen, 190 min ton propilenlə təmin olunacaq. Hazırda gördüyünüz EP-300 qurğusunun layihə gücü 135 min tondur və bu gün istehsal gücü 60 min tondur. SOCAR-a lazım olan 190 min tonu təmin etmək üçün bu qurğunu yenidən qurmaq lazımdır. Bu məqsədlə "Azərikimya" ilə İtaliyanın "Technip" şirkəti arasında müqavilə imzalanıb. Müqavilə 2016-2019-cu illər ərzində 3 mərhələdə yerinə yetirilir. Bu ilin sonuna "SOCAR Polymer"ə test işləri üçün propilen məhsulu verilməlidir. İşlər çərçivəsində 4 ədəd piroliz sobasının tikintisi nəzərdə tutulub. Son mərhələdə isə etilen və polietilen anbarlarının tikintisi planlaşdırılır".

Direktor deyib ki, bununla yanaşı, buxar-generator kompleksi modernləşəcək: "SOCAR Polymer"i enerji ilə təmin etmək üçün 16 il əvvəl tikilmiş buxar-generator kompleksinin modernləşdirilməsi nəzərdə tutulub. Bununla bağlı SOCAR-la Almaniyanın "ION" şirkəti arasında müqavilə imzalanıb, "SOCAR Uniper" birgə şirkəti yaradılıb. Bu müəssisə yeni buxar-generator turbininin quraşdırılmasını həyata keçirir".

Son xəbərlər

Orphus sistemi