“SOCAR Polymer” ixracını 35% artırıb

“SOCAR Polymer” ixracını 35% artırıb Bu ilin yanvar-may ayları ərzində “SOCAR Polymer” MMC 51,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Sənaye
30 İyun , 2020 13:47
“SOCAR Polymer” ixracını 35% artırıb

Bu ilin yanvar-may ayları ərzində “SOCAR Polymer” MMC 51,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında göstərilib.

Bu isə ötən ilin müvafiq dövründən 35% çoxdur.

“SOCAR Polymer” bu ilin ilk beş ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa başçılıq edib.

Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. 

Son xəbərlər

Orphus sistemi