Yuxarı
    Bağlamaq

    “SOCAR Polymer”in zavodlarından büdcəyə 460 mln. dollar ƏDV daxil olacaq

    Dinlə
    © Report

    Bakı. 23 iyul. REPORT.AZ/ “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istismarı müddətində ilkin qiymətləndirmələrə görə, 400 mln. ABŞ dolları mənfəət vergisi, 460 mln. dollar isə ƏDV şəklində dövlət büdcəsinə köçürüləcək.

    “Report” şirkətə istinadən xəbər verir ki, zavodların istismarı dövründə 6,3 mlrd. dollar məbləğində gəlir əldə olunması gözlənilir.

    Bu məbləğin 30%-i şirkətin xalis mənfəətini təşkil edəcək.

    Məlumata görə, “SOCAR Polymer” zavodları yerli bazarın tələbatını tam həcmdə qarşılayacaq və məhsulun 75%-i Türkiyə və Avropa bazarlarına ixrac ediləcək. Bildirilib ki, tikinti işlərinin pik dövründə inşaata 3 min nəfərdən çox işçi cəlb edilib. Bu günədək tikinti meydançalarında istehsal zədələri və ya qəzalar olmadan 17 mln. adam-saatdan artıq iş görülüb.

    “SOCAR Polymer” zavodlarında 19 markada polipropilen, 12 növdə yüksək sıxlıqlı polietilen məhsulu istehsal ediləcək: “Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə zavodların ətrafında sənaye klasteri yaradacaq. “SOCAR Polymer” zavodlarının məhsullarının potensial alıcıları arasında artıq bir sıra yerli şirkətlər var”.

    Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. “SOCAR Polymer” zavodlarında ildə 184 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal olunacaq.

    İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen zavodunun açılışı olub.

    Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi