Yuxarı
    Bağlamaq

    “SOCAR Polymer” iki vəzifə üzrə vakansiya elan edib

    Hər iki vəzifə üzrə son müraciət tarixi bu il dekabrın 16-dır

    Bakı.24 noyabr. REPORT.AZ/ “SOCAR Polymer” MMC iki vəzifə üzrə yeni vakansiya elan edib.

    “Report”a şirkətdən verilən məlumata görə, layihə xərclərinin qiymətləndirilməsi üzrə ekspert və elektrotexnik vəzifələri üzrə mütəxəssislər işə dəvət olunurlar. Hər iki vəzifə üzrə son müraciət tarixi bu il dekabrın 16-dır.

    Layihə xərclərinin qiymətləndirilməsi üzrə ekspert güclü texniki biliklərə, Beynəlxalq Qiymətləndirmə Standartları ilə bağlı tam məlumatlılığa, yerli bazar haqqında məlumata, hesabatlılıq və kompüterdə işləmək bacarığına malik olmalıdır, Azərbaycan və ingilis dillərini sərbəst bilməlidir.

    Bu vəzifə üzrə müraciət edənlərdən həmçinin müvafiq sahə üzrə ali təhsil, tikinti-quraşdırma, boru kəmərləri və E/I sahəsində qiymətləndirmə eksperti kimi minimum 7 il iş təcrübəsi də tələb olunur. Namizəd xərclər smetasını və EPC podratçının dəyişikliklə bağlı göstərişlərini yoxlamaqla bağlı məsuliyyət daşıyır.

    Elektrotexnik güclü texniki biliyə, "MS Office", "AutoCAD"la işləmə bacarığına malik olmalı, Azərbaycan və ingilis dillərini sərbəst bilməlidir. Bu vəzifə üzrə namizədlərdən  elektrik mühəndisliyi sahəsində ali təhsil, neft-qaz, neft-kimya layihələridə minimum 5 il mühəndislik təcrübəsinə üstünlük verilir, neft-qaz, neft-kimya layihələridə minimum 2 il istismar və xidmət sahəsində təcrübəyə malik olmalıdır.

    Maraqlanana namizədlər mövzu hissəsində vəzifəni qeyd etməklə CV-lərini hr@socarpolymer.az. ünvanına göndərə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi