Yuxarı
    Bağlamaq

    "SOCAR Polymer" 2018-ci ildə polipropilen və polietilen zavodlarını istismara verməyi planlaşdırır

    Layihənin ümumi dəyəri 750 mln. dollardır və bunun 60%-i kreditlər hesabına təmin olunacaq

    Bakı. 2 dekabr. REPORT.AZ/ "SOCAR Polymer" şirkəti 2018-ci ildə polipropilen və polietilen zavodlarını istismara verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Bakıda təşkil olunan MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi çərçivəsində keçirilən konfransda "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib.

    F.Cəfərov qeyd edib ki, layihənin ümumi dəyəri 750 mln. dollar təşkil edir ki, bu məbləğin 40%-i səhmdarlar, 60%-i isə kredit hesabına təmin olunacaq. Onun sözlərinə görə, layihənin icrası üçün "Gazprombank"la (Rusiya) kredit müqaviləsi imzalanıb və artıq ilk tranş (60 mln. dollar) həyata keçirilib. Bu vəsait polipropilen zavodunun inşasına sərf olunub. Zavodlarda istehsal olunacaq məhsulların bir hissəsi yerli bazar, qalanı isə Türkiyə, Avropa və MDB ölkələri üçün nəzərdə tutulub.

    "SOCAR Polymer" şirkəti SOCAR ilə ölkə sənayesində mühüm iştirakçılar olan "Pasha Holding", "Azersun Holding" və "Gilan Holding" ilə birgə yaradılmış müəssisədir. "SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə, Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk analoji layihədir. "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 16 iyul 2013-cü il tarixində yaradılıb. Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi