"SOCAR Polymer" 200 mln.manatdan çox qənaət edib

"SOCAR Polymer" 200 mln.manatdan çox qənaət edib Bakı. 28 iyul.REPORT.AZ/ SOCAR Polymer MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşməsi müəssisəyə 200 mln.manatdan çox qənaət etməyə imkan yaradıb.
Sənaye
28 İyul , 2018 12:16

Bakı. 28 iyul.REPORT.AZ/ "SOCAR Polymer" MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşməsi müəssisəyə 200 mln.manatdan çox qənaət etməyə imkan yaradıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili mövzusu"nda tədbirdə "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib.

Baş direktor deyib ki, zavodlarda istehsal olunacaq xammaldan yerli müəssisələr son məhsul istehsal edə bilərlər. O, yerli bazarın prioritet olduğunu, şirkətlərə texniki dəstək göstərməyə hazır olduqlarını, uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edib.

Onun sözlərinə görə, polimer qranullarının son məhsula çevrilməsi həm də əlavə iş yerlərinin açılması deməkdir: 

"1000 ton polimer istehsalına 1000 ton nefti götürsək, neftin hasil olunaraq polimer qranulları istehsalı mərhələsinə 10-12 nəfərin əməyi lazımdırsa, 1000 ton qranuldan son məhsul istehsalı üçün isə 45-52 nəfərin əməyi lazımdır".

Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir.

“SOCAR Polymer” zavodlarında ildə 184 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal olunacaq.

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen zavodunun açılışı olub.

Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi