Yuxarı
    Bağlamaq

    ​SOCAR Petrolium Georgia: Karbamid zavodunun inşası layihəsi bağlanmayıb, təxirə salınıb

    Şirkət rəhbəri Mahir Məmmədov KİV-də yayılan xəbərlərə aydınlıq gətirib

    Bakı. 18 may. REPORT.AZ/ Gürcüstanda azot gübrəsi - Karbamid zavodunun inşası layihəsi bağlanmayıb, müvəqqəti olaraq təxirə salınıb.

    "Report" xəbər verir ki, bunu "SOCAR Petrolium Georgia" şirkətinin rəhbəri Mahir Məmmədov bildirib.

    Onun sözlərinə görə, bununla əlaqədar olaraq mətbuatda həqiqətə uyğun olmayan müxtəlif spekulyativ xarakterli məlumatlar yayılıb. Şirkət rəhbəri bildirib ki, zavod Şahdəniz yatağında qaz hasilatı layihəsi başa çatıncayadək inşa oluna bilməz, məhz buna görə layihə müəyyən vaxtadək təxirə salınıb.

    "Zavodun tikintisi təxirə salındı, lakin biz bu layihəyə mütləq qayıdacağıq. Bu bizim qərarımız idi və Gürcüstan hökuməti də onunla razılaşmışdı. Odur ki, layihə bağlanmayıb, təxirə salınıb" - deyə Mahir Məmmədov qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi