"SOCAR Methanol" istehsal potensialını artırmağı planlaşdırır

"SOCAR Methanol" istehsal potensialını artırmağı planlaşdırır Bu ilin ilk beş ayında 70,3 min ton metanol istehsal edilib
Sənaye
739
5 İyun , 2017 11:35
SOCAR Methanol istehsal potensialını artırmağı planlaşdırır

Bakı. 5 iyun. REPORT.AZ/ “Metanolun mühüm aralıq kimyəvi maddələrindən biri olması və ona olan tələbatın getdikcə artması fonunda gələcəkdə Metanol Zavodunun istehsal potensialının artırılması planlaşdırılır”.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Methanol” MMC-dən bildirilib.

“SOCAR Methanol” MMC fasiləsiz istehsal prosesini təmin etmək məqsədilə qısa zaman kəsiyində istehsal sahəsini optimallaşdıraraq ilin əvvəlindən iyunun 1-dək 70,252 min ton metanol istehsalına nail olub”,  - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” MMC tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu cari ilin yanvar ayından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.

Bundan öncə məlumatda qeyd olununb ki, istehsal edilən məhsulun 99%-i ixraca yönəldilib. Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi