​SOCAR martda dövlət büdcəsinə 114 milyon manat ödəyib

​SOCAR martda dövlət büdcəsinə 114 milyon manat ödəyib Həmçinin Dövlət Sosial Müdafiə Fonduna 11,229 mln. manat köçürüb
Sənaye
8 Aprel , 2015 18:22
​SOCAR martda dövlət büdcəsinə 114 milyon manat ödəyib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin mart ayında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2015-ci ilin yanvar-mart aylarında büdcəyə 340 milyon 443 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi