Yuxarı
    Bağlamaq

    "SOCAR-GPC" layihəsinin maliyyələşdirilməsi müqaviləsi yaxın bir ildə imzalanacaq

    İlkin qiymətləndirməyə əsasən, layihənin dəyərinin 4 mlrd. dollar olacağı bildirilir

    Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi nəzərdə tutduğu qaz emalı və neft-kimya kompleksi - "SOCAR-GPC" layihəsinin maliyyələşdirilməsi üçün müqavilənin 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində imzalanması nəzərdə tutulur. 

    "Report" xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxışında "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib. 

    O qeyd edib ki, indiyədək bir neçə variant nəzərdən keçirilib: "Bu variantlar diqqətlə nəzərdən keçirildikdən sonra layihə maliyyələşdirilməsinə üstünlük verilib. Bu da SOCAR-ın maliyyə yükünü azaldacaq. Hazırda maliyyələşmə ilə bağlı danışıqlar davam etdirilir".

    B.Beydullayev ilkin qiymətləndirməyə görə, layihənin dəyərinin 4 mlrd. ABŞ dolları olacağını bildirib. Onun sözlərinə görə, kompleks 2022-ci ildə istismara veriləcək. O bildirib ki, "SOCAR-GPC" layihəsinin məhsullarının əksəriyyəti Türkiyə, Yaxın Şərq, Avropa və Çinə ixrac olunacaq. 

    Qeyd edək ki, Kompleks qaz emalı və neft-kimya zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Neft-kimya zavodu buxar krekinq, polimerizasiya bloku və digər qurğulardan ibarət olacaq. Zavodda ildə təxminən 600 min ton polietilen və 120 min ton propilen istehsalı nəzərdə tutulur. Propilen xam maddəsi polipropilen istehsalı üçün Sumqayıtda yerləşən “SOCAR Polymer”ə çatdırılacaq. Zavodda eyni zamanda 570 min ton etilen istehsalı da planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi