Yuxarı
    Bağlamaq

    “SOCAR-GPC” layihəsinin EPC podratçısının seçimi yekunlaşmaq üzrədir

    Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC layihəsinin EPC podratçısının seçimi proseduru yekunlaşmaqdadır".

    “Report” xəbər verir ki, bunu SOCAR-ın Rusiyadakı törəmə şirkəti “SOCAR-Rus”un biznesin inkişafı üzrə meneceri Kirill Maksimov “Rusiya polimerləri 2018” tədbirində bildirib.

    O qeyd edib ki, SOCAR yeni kompleksdə istehsal ediləcək propilenin bir hissəsini “SOCAR Polymer”in polipropilen zavoduna yönəltmək və 2022-ci ilə polipropilen istehsalını 210 min tona artırmaq niyyətindədir.

    “SOCAR-Rus” şirkətinin rəsmisinin sözlərinə görə, 2022-ci ilə SOCAR-ın poliolefinlər istehsalı gücü 1,5 mln. ton olacaq.

    Qeyd edək ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten - 1,21 min ton heksen - 1 istehsalı planlaşdırılır. Yeni müəssisədə “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.

    Sumqayıtda inşa olunan və bu il iyulun 18-də açılışı keçirilən “SOCAR Polymer”in polipropilen zavodunun illik istehsal gücü 184 min ton təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi