“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır

“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır Çexiyanın aparıcı avtomobil istehsalçısı - “Skoda” şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.
Sənaye
16 Sentyabr , 2021 17:59
“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır

Çexiyanın aparıcı avtomobil istehsalçısı - “Skoda” şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, fasilə bir həftə davam edəcək.

Buna səbəb elektron komponentlərin (çip) çatışmazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.

Hazırda “Skoda” elektron komponentlərin çatışmazlığına görə “Volkswagen” konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.

Son xəbərlər

Orphus sistemi