Yuxarı

Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 3,4 milyard dollara çatıb

Sənaye zonalarına nə qədər investisiya qoyulub?

“Hazırda Azərbaycanın sənaye zonalarında 82 rezident fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, iki ölkə arasında eyni standartların tətbiqi ilə bağlı tədbirdə azərbaycanlı nazir müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, indiyə qədər bu rezidentlər ölkə iqtisadiyyatına 3,4 milyard ABŞ dolları investisiya yatırıb, 11 min yeni iş yeri yaradıb.

Bundan başqa, nazir müavini deyib ki, indiyə qədər Azərbaycanda 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib: “Bununla da yerli istehsala 3,9 mlrd manat investisiya yatırılması və 27 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Artıq investisiya dəyəri 2,5 mlrd manatdan çox olan 245 müəssisə fəaliyyət göstərir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi