​Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair tədbir keçirilib

​Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair tədbir keçirilib İdarə Heyətinin formalaşdırılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb
Sənaye
22 Aprel , 2016 17:00
​Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair tədbir keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramına (2015-2020-ci illər) uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

"İdarə heyətinin formalaşdırılması" mövzusunda keçirilmiş tədbirdə aidiyyəti dövlər qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təlimdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov İdarə heyətinin səlahiyyətləri, heyət üzvlərinin hüquq və vəzifələri, eləcə də Azərbaycan Korporativ İdarəetmə Standartlarının bu mövzu ilə bağlı müddəaları barədə məlumat veriblər.

Tədbir çərçivəsində İdarə Heyətinin formalaşdırılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. İndiyədək 3 belə təlim keçirilib.

Son xəbərlər

Orphus sistemi