​Şəkidə regionların inkişafı Dövlət Proqramına həsr olunan tədbir keçirilib

​Şəkidə regionların inkişafı Dövlət Proqramına həsr olunan tədbir keçirilib Tədbir proqramın birinci ilininin yekunlarına həsr olunub
Sənaye
3 Mart , 2015 20:02
​Şəkidə regionların inkişafı Dövlət Proqramına həsr olunan tədbir keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Şəkidə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Prezident yanında Gənclər Fondunun, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilmişdir. S.Məmmədov tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını vurğulayıb və bu tədbirlər barədə iştirakçılara məlumat verib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Azər Rzaxanov regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər. 

Son xəbərlər

Orphus sistemi