Yuxarı
    Bağlamaq

    ​Sankt-Peterburq Azərbaycanda dərman istehsalı üzrə birgə müəssisə yaratmaq niyyətindədir

    Qubernator: Azərbaycana dərman ixracından başlayaq, gələcəkdə isə birgə layihələri həyata keçirə bilərik

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlığın genişləndirilməsi mövzularından biri Azərbaycana Rusiyada istehsal olunan dərman preparatlarının ixracı məsələsi olub.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycana səfərinin yekunlarına dair açıqlama verən Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko bildirib.

    "Hazırda Azərbaycana dərman preparatlarının ixracından başlayaq, gələcəkdə isə ola bilsin ki, istehsalın Azərbaycanda təşkil edilməsi ilə bağlı birgə layihələri həyata keçirə bilərik", - qubernator qeyd edib.

    Onun sözlərinə görə, səfər zamanı həm də turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi