Şahin Mustafayev: "Sənaye ili”ndə görülən tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 9 faiz artıb

Şahin Mustafayev: "Sənaye ili”ndə görülən tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 9 faiz artıb "Regionların inkişafına 2014-cü il ərzində bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib"
Sənaye
28 Yanvar , 2015 07:16
Şahin Mustafayev: Sənaye ili”ndə görülən tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 9 faiz artıb

BAKI. 28 yanvar. REPORT.AZ/ “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 9 faiz artıb".

"Report"-un verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

O bildirib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3 rezident qeydiyyata alınan, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir.

Şahin Mustafayev qeyd edib ki, son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib.

Nazirin sözlərinə görə, regionlarin inkişafına 2014-cü il ərzində bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib.

2014-cü il ərzində ölkədə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb.

Ötən il 5 elektrik stansiyası istifadəyə verilən, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Şahin Mustafayev deyib edib ki, İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilib, 42 poçt şöbəsi tikilib və ya əsaslı təmir olunub.

İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib.

Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış və artıq 22 zavod istifadəyə verilmişdir.

Şahin Mustafayev qeyd edib ki, 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır.

"Şübhəsiz ki, 2014-cü ildə başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcəkdir", - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi