Yuxarı

​Rusiya və Yunanıstan əhalisi əməyin səmərəsizliyinə görə Avropada liderdir

İşdə ən çox yunanlar vaxt keçirir

Bakı. 12 Avqust. REPORT.AZ/ Rusiya və Yunanıstan sakinləri əməyin səmərəsizliyinə görə Avropada lider mövqelərə yüksəliblər.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ekspertləri bu qənaətə gəliblər.

Hesablamalara görə, işdə daha çox yunanlar vaxt keçirirlər - ildə 2034 saat, ruslar isə - 1982 saat. Lakin bu, iqtisadi inkişafa təsir göstərmir.

Əməyin məhsuldarlığı ÜDM-nin iş vaxtı saatına olan nisbəti ilə ölçülür.

Belə ki, yunanlar hər iş saatında ölkənin ÜDM-sini 36,2 dollar, ruslar isə 25,9 dollar artırırlar.

Bununla belə, Avropa İttifaqında orta göstərici 50 dollar təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi