​Rövnəq Abdullayev: "Bütün layihələrimiz davam etdirilir"

​Rövnəq Abdullayev: "Bütün layihələrimiz davam etdirilir" Cənub Qaz Dəhlizi qrafikə uyğun həyata keçirilir
Sənaye
8 Fevral , 2016 17:12
​Rövnəq Abdullayev: Bütün layihələrimiz davam etdirilir

Şamaxı. 8 fevral. REPORT.AZ/ "Həyata keçirdiyimiz bütün layihələr davam etdirilir. Bizim həyata keçirdiyimiz böyük layihələr əvvəlcədən maliyyələşməsi həll olunmuş layihələrdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Şamaxıda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşdən sonra jurnalistlərə bildirib.

O, ötən həftə "SOCAR Polymer" layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunacaq Yüksəksıxlıqlı Polietilen zavodunun tikintisi üçün İtaliyanın "Maire Tecnimont" şirkəti ilə imzalanan müqaviləni xatırladıb, həmçinin qeyd edib ki, parkdakı Polipropilen zavodunun tikintisi davam etdirilir. "Polipropilen və polietilen zavodlarının ümumi dəyəri 750 mln. dollar təşkil edir və layihənin maliyyələşməsi artıq həll olunub".

O, həmçinin ölkədə həyata keçirilən digər layihələr, Karbamid zavodunun tikinitisi, zavodların yenidənqurulması layihələrinin davam etdirildiyini, heç bir problem olmadığını diqqətə çatdırıb.

R. Abdullayev, eyni zamanda, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin də uğurla davam etdirildiyini bildirib: "Layihə çərçivəsində 50%-ə qədər işlər görülüb. Layihə qrafikə uyğun həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi