​“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib

​“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər
Sənaye
13 Mart , 2015 18:25
​“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində dəyirmi masa keçirilib.

“Report” xəbər verir ki, “Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusuna həsr olunmuş dəyirmi masada aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması Dövlət Xidmətinin qarşısında duran başlıca vəzifədir. Mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb. Dövlət Xidmətinin rəisi Zahid İsayev rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti barədə məlumat verib.

Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu qeyd edilib və Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2014-cü ildə Bakıda və regionlarda 14 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 10 seminar keçirilib, sahibkarlara və istehlakçılara 22 adda 100 minə yaxın buklet və yaddaş kitabçaları paylanıb.

Tədbirdə həmçinin yerli və beynəlxalq təşkilatların, mobil operatorların, internet provayderlərin, mobil telefon cihazlarının satışını həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirmiş, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi