​Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib

​Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib Seminar 2 gün davam edəcək
Sənaye
1 Aprel , 2015 21:30
​Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib

Bakı. 1 aprel. REPORT.AZ/Martın 31-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Kiçik biznesin inkişafında biznes inkubatorların rolu” mövzusunda beynəlxalq seminar keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə BMT-nin İnkişaf Proqramının eksperti Pavel Habarta, İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də biznes inkubatorun iştirakçıları iştirak etdiyi deyilir.

Seminarda iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilatı idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi və s. barədə ətraflı məlumat verilib.

Nazirliyin məlumatına görə, seminarda biznes inkubator iştirakçıları ilə fərdi görüşlər keçirilib, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

2 gün davam edəcək seminar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər də paylanıb.

Son xəbərlər

Orphus sistemi