Yuxarı

​Azərbaycan Qazaxıstana 22 ton şokolad ixrac edib

İdxal 2014-cü ilin yanvar-noyabr aylarını əhatə edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Qazaxıstan 2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 22,5 ton şokolad idxal edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.

Göstərilən dövr ərzində Qazaxıstan ümumilikdə 7729,2 ton şokolad və kakao tərkibli qida məhsulları idxal edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 9,2% çoxdur.

Noyabrda ölkənin şokolad idxalı 1737,1 ton təşkil edib.

Azərbaycan da daxil olmaqla, MDB ölkələrindən şokoladın idxal həcmi 3883,1 tona bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi